[yith_ywraq_request_quote]
“Zəmanət talonu”nun tərtib olmadığı və təmirin ödənişli
həyata keçirildiyi hallar: Müəyyən olsa ki, malda qüsur istehlakçı
tərəfindən yaranıb, yəni mexaniki zədələr, səhlənkar münasibət,
malın düzgün istismar edilməməsi və saxlanmaması, daşınma
qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin
pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması,
yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz
qüvvələrin təsiri həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən
malda təmir işləri aparma (müdaxilə olunma) nəticəsində, belə halda
“Zəmanət talonu” tərtib olunmur və təmir ödənişli şəkildə həyata
keçirilir. İstehlakçı tərəfdən yaranan qüsura görə “Myrobot.az” heç bir
məsuliyyət daşımır; Malın üzərində və zəmanət talonunda qeyd
olunan modelin, IMEI kodlarının və seriya nömrələrinin
uyğun gəlmədiyi, dəyişdirildiyi, silindiyi, zədələndiyi hallarda
Zəmanət müddəti ərzində malda istehsalçı tərəfindən buraxılan
qüsur aşkarlandığı halda, həmin qüsurlu mal Azərbaycan
Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiyəsi
Haqqında” qanunun tələblərini nəzərə alaraq malda yaranan
qüsurun səbəbini müəyyənləşdirmək üçün “Texniki Servis”
tərəfindən qəbul edilir.
“Texniki Servis” qəbul şərtləri -İstehlakçı müvafiq qaydada
doldurulmuş, satıcının imza və ştampı ilə təsdiq edilmiş həmin
məhsula aid “Zəmanət talonu”nu təqdim etdikdə;-Məhsulun
“Öztürk” şəbəkəsindən alındığını təsdiq edən sənəd (qaimə,
qəbz və s.) təqdim etdikdə.
“Zəmanət talonu” icrasının müddəti:
Təmir işləri 14 gün müddətində həyata keçirilir. (təmsilçi vasitəsi
ilə göndərilən cihazlar 21 iş günü ərzində) Bu müddətə qeyri-iş
günü hesab edilən bayram günləri daxil deyil. Zəruri ehtiyyat
hissəsi olmadığı halda, təmir müddəti uzadıla bilər; Keçirilməli
olan təmirlə bağlı ehtiyyat hissələrinin olmadığı
Təmir zamanı malda qüsurlu hissələrin (detalların, qovşaqların,
yığım vahidlərinin) dəyişdirilməsi, malın bütövlükdə zəmanət
müddətinin yenidən başlanması anlamına gətirmir.
- Satıcı, istehlakçının malın isifadəsi zamanı hər hansı bir konfidensial
və ya şəxsi məlumatlarının itirilməsinə görə məsuliyyət daşımır; - İcraçı (satıcı tərəfindən avtorizə olunmuş texniki servis mərkəzi),
mala dair servis xidməti göstərilən zaman istehlakçıya aid hər hansı
şəxsi məlumatlarının itirilməsinəgörə məsuliyyət daşımır; - Məhsul alındığı tarixdən 14 gün müddət ərzində, işlədilmədən
və öz original görünüşünü, örtük və paketlənməsi zədələnmədən
eyni zamanda, cızıq və naqisliyi olmadığı tədqirdə dəyişdirilməsi
və ya qaytarılması mümkündür.