“Zəmanət talonu”nun tərtib olmadığı və təmirin ödənişli həyata keçirildiyi hallar: Müəyyən olsa ki, malda qüsur istehlakçı tərəfindən yaranıb, yəni mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi və saxlanmaması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən malda təmir işləri aparma (müdaxilə olunma) nəticəsində, belə halda “Zəmanət talonu” tərtib olunmur və təmir ödənişli şəkildə həyata keçirilir. İstehlakçı tərəfdən yaranan qüsura görə “Myrobot.az” heç bir məsuliyyət daşımır; Malın üzərində və zəmanət talonunda qeyd olunan modelin, IMEI kodlarının və seriya nömrələrinin uyğun gəlmədiyi, dəyişdirildiyi, silindiyi, zədələndiyi hallarda
Zəmanət müddəti ərzində malda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu mal AzərbaycanRespublikasının “İstehlakçıların Hüquqlarının Müdafiyəsi Haqqında” qanunun tələblərini nəzərə alaraq malda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün “Texniki Servis” tərəfindən qəbul edilir. “Texniki Servis” qəbul şərtləri -İstehlakçı müvafiq qaydada doldurulmuş, satıcının imza və ştampı ilə təsdiq edilmiş həmin məhsula aid “Zəmanət talonu”nu təqdim etdikdə;-Məhsulun “Myrobot” şəbəkəsindən alındığını təsdiq edən sənəd (qaimə,qəbz və s.) təqdim etdikdə.
“Zəmanət talonu” adı sadalanan detallara şamil olunmur:-Malın tərtibat və korpus hissələrinə;-Kompleksləşdirici hissələrə, birləşdirici kabellərə, sərfiyyat detallarına və digər aksesuarlara -Batareya və akkumlyatorlara.
“Zəmanət talonu” icrasının müddəti: Təmir işləri 14 gün müddətində həyata keçirilir. (təmsilçi vasitəsiilə göndərilən cihazlar 21 iş günü ərzində) Bu müddətə qeyri-iş günü hesab edilən bayram günləri daxil deyil. Zəruri ehtiyyat hissəsi olmadığı halda, təmir müddəti uzadıla bilər; Keçirilməli olan təmirlə bağlı ehtiyyat hissələrinin olmadığı təmir müddəti uzadıla bilər. Təmir zamanı malda qüsurlu hissələrin (detalların, qovşaqların, yığım vahidlərinin) dəyişdirilməsi, malın bütövlükdə zəmanət müddətinin yenidən başlanması anlamına gətirmir.
- İcraçı (satıcı tərəfindən avtorizə olunmuş texniki servis mərkəzi), mala dair servis xidməti göstərilən zaman istehlakçıya aid hər hansı şəxsi məlumatlarının itirilməsinə görə məsuliyyət daşımır;
- Məhsul alındığı tarixdən 14 gün müddət ərzində, işlədilmədən və öz original görünüşünü, örtük və paketlənməsi zədələnmədən eyni zamanda, cızıq və naqisliyi olmadığı tədqirdə dəyişdirilməsivə ya qaytarılması mümkündür.