Zəmanət müddəti ərzində malda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu mal Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiyəsi Haqqında” qanunun tələblərini nəzərə alaraq malda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün “Texniki Servis” tərəfindən qəbul edilir.
“Texniki Servis” qəbul şərtləri -İstehlakçı müvafiq qaydada doldurulmuş, satıcının imza və ştampı ilə təsdiq edilmiş həmin
məhsula aid “Zəmanət talonu”nu təqdim etdikdə;-Məhsulun “Öztürk” şəbəkəsindən alındığını təsdiq edən sənəd (qaimə, qəbz və s.) təqdim etdikdə.
“Zəmanət talonu” icrasının müddəti: Təmir işləri 14 gün müddətində həyata keçirilir. (təmsilçi vasitəsi ilə göndərilən cihazlar 21 iş günü ərzində) Bu müddətə qeyri-iş günü hesab edilən bayram günləri daxil deyil. Zəruri ehtiyyat hissəsi olmadığı halda, təmir müddəti uzadıla bilər; Keçirilməli olan təmirlə bağlı ehtiyyat hissələrinin olmadığı
Təmir zamanı malda qüsurlu hissələrin (detalların, qovşaqların, yığım vahidlərinin) dəyişdirilməsi, malın bütövlükdə zəmanət müddətinin yenidən başlanması anlamına gətirmir.
Satıcı, istehlakçının malın isifadəsi zamanı hər hansı bir konfidensial və ya şəxsi məlumatlarının itirilməsinə görə məsuliyyət daşımır; İcraçı (satıcı tərəfindən avtorizə olunmuş texniki servis mərkəzi), mala dair servis xidməti göstərilən zaman istehlakçıya aid hər hansı şəxsi məlumatlarının itirilməsinəgörə məsuliyyət daşımır;
Məhsul alındığı tarixdən 14 gün müddət ərzində, işlədilmədən və öz original görünüşünü, örtük və paketlənməsi zədələnmədən eyni zamanda, cızıq və naqisliyi olmadığı tədqirdə dəyişdirilməsi və ya qaytarılması mümkündür.