Myrobot.az – Gələcəyin Ağıllı Həyatı

Myrobot.az , ölkədə yüksək texnologiya və smart sistemlər, rəqəmsal və ağıllı ev alətlərinin daxili və topdan paylanışında ilk və qabaqcıl təşkilatçılarımızdan biridir. Dünyanın inkişaf etmiş ölkələrində, vaxtını və əməyini dəyərli hesab edən müştərilərimiz üçün istehsal edilmiş köməkçi robot və ağıllı cihazları təqdim edərək, lider brendlər arasında mövqeyimizi gücləndiririk.

Belə bir inam və yenilikçi düşüncə ilə ilk addımlarımızı ataraq, imkanlarımızı ortaya qoyduq və bu gün bir çox mağaza ilə həvəskar satıcıların etibarlı qayıdış ünvanına çevrilmişik. İnkişaf edən dəb və zövqə paralel olaraq, komandamız ən mükəmməl və etibarlı texnologiyanı seçib, evinizə qədər çatdırmaqdan böyük məmnunluq duyur.

2020-ci ildə, ölkə üzrə yalnız 1-2 firma tərəfindən təqdim olunan robot tozsoranların iş qabiliyyətini yaxından görən müştərilərimizin dolu-dolu məmnuniyyət rəyləri bizi daha da irəliyə aparmağa və xidmət keyfiyyətimizi yüksəltməyə sövq etmişdir. Hal-hazırda, internet portallarında ən münasib qiymətlərlə təqdim etdiyimiz məhsullarımızla sizi heyran etməyə davam edirik. Bundan əlavə, Myrobot.az-ın xüsusi təmir mərkəzi və sürətli çatdırılma servisi hər zaman yanınızdadır.

“Məhsul deyil, zaman satırıq” şüarı ilə, dəyərli vaxtınızı həyatın daha gözəl işlərinə sərf etməniz üçün sizə ən son texnologiyanı çatdırmaqdan qürur duyuruq.

Myrobot brendinin. İcraçı direktoru İ. Orxan